Məzahir Əfəndiyevin Avropa mətbuatında məqaləsi dərc olunub
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Məzahir Əfəndiyevin Avropa mətbuatında, Avropa İttifaqının 27 ölkəsində
yayımlanan tanınmış informasiya portalı – EU Reporter–da “Victory Day in the “Year of Urban
Planning and Architecture” adlı məqaləsi dərc olunub.
Məqalədə bu il müdrik xalqımızın Azərbaycan
Prezidentinin Sərəncamına əsasən elan olunmuş "Şəhərsalma və Memarlıq
İli"ndə artıq altı ildir olduğu kimi, 8 Noyabr – Zəfər Gününü böyük coşqu
ilə qeyd etdiyi diqqətə çatdırılır. Belə ki, 8 Noyabr tarixinin Azərbaycanın
dövlətçilik tarixində yaşadığı, bütün dünyaya nümayiş etdirdiyi müzəffər
Azərbaycan Ordusunun gücünü və qürurunu bir daha sübut etdiyini, məhz həmin gün
qəhrəman əsgər və zabitlərimizin düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan
qovub çıxardığı vurğulanır.
Deputat yazısında qeyd edir ki, uzun illər
həsrətində olduğumuz doğma Qarabağımızın işğaldan azad olunmasına yönəlik
fəaliyyətimiz 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində əldə etdiyimiz
Zəfər, hər birimizə canı qədər əziz olan üçrəngli Bayrağımızın viran qoyulmuş
şəhərlərimizdə dalğalanması ilə nəticələndi. Xalqımızın qüdrətinin və milli
qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham
Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad
edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan
edildi.
Sonra M.Əfəndiyev Azərbaycan Respublikası Milli
Məclisinin noyabrın 3-də keçirilən plenar iclasında Zəfər Günü münasibətilə
qəbul edilən bəyanatda və Milli Məclisin sədrinin çıxışında da vurğulandığı
kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi
Zəfərin əhəmiyyətinin ildən-ilə daha dolğun şəkildə üzə çıxdığını bildirir.
Burada 44 günlük Vətən müharibəsində qələbənin mahiyyəti dörd fundamental
anlayış üzərində dayanır: ədalət, dövlətçilik, hüquq və quruculuq.
Sonda deputat yazıda noyabr ayında qədirbilən
Azərbaycan xalqının Zəfər Günü ilə yanaşı, Dövlət Bayrağı Günü və Konstitusiya
Gününü böyük çoşqu ilə qeyd etdiyinə, eləcə də bu şanlı tariximizin təkcə bizim
üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacağına toxundu.
Həmin məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış
ola bilərsiniz:
Rəylər
0 Rəy